Cümə axşamı, 02 May

Ermənistan MN: "Hərbçilər üçün pul, ərzaq, geyim və məişət əşyalarının yığılmasını DAYANDIRIN"

image

Ermənistan Müdafiə Nazirliyi vətəndaşları hərbi qulluqçular üçün pul, ərzaq, geyim və məişət əşyalarının yığılmasını dayandırmağa çağırıb.

Xəbər verilir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi orduya kömək etməyə hazırlığı yüksək qiymətləndirib. Buna baxmayaraq bildirib ki, ictimai yerlərdə hərbi qulluqçular üçün ərzaq, geyim və digər əşyaların toplanması, sosial şəbəkələrdə pul yığılması yolverilməzdir.

Məlumata görə, Müdafiə Nazirliyi tərəfindən hər bir belə halla bağlı lazımi materialların öyrənilməsi, mümkün sui-istifadə hallarının müəyyən edilməsi, təqsirkarların məsuliyyətə cəlb edilməsi məqsədilə hüquq-mühafizə orqanlarına təqdim olunacaq.

“Bir daha biz ərzaq, geyim, məişət əşyaları, avadanlıq və pul yığımına son qoymağa çağırırıq.

Müdafiə Nazirliyi vətəndaşlardan və KİV-dən daxil olan bütün xəbərlərə lazımi cavab verir”, – deyə məlumatda bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15